Hadisə

Azərbaycanlıdan oğurlanan saatla bağlı yeni xəbər - SAAT ORJİNAL OLMAYIB

İspaniyanın İbiza adasında  Azərbaycan əsilli rusiyalı biznesmendən oğurlanmış saat orijinal olmayıb. 

ENA.az xəbər verir ki, bu barədə “Arqumenti nedeli” nəşri hadisə ilə yaxından tanış olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, saatın dəyəri 1200 dollar olub: “Orijinalı yox, onun dublikatını oğurlayıblar. İş adamı hadisədən dərhal sonra bu barədə polisə məlumat verib”.

Bu məqamda xatırladaq ki, “Daily Mail” nəşri oğurluğa məruz qalan şəxsin 22 yaşının olduğunu yazıb. Nəşr qeyd edib ki,  iyunun 19-da hücum nəticəsində onun 1 milyon funt-sterlinq (2,167,600 AZN) dəyərində olan saatı oğurlanıb.

Məlumata görə, gündüz vaxtı hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib. Həmin vaxt gənc azərbaycanlı dostu ilə bir yerdə olub. 

Qeyd edək ki, oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, “50-03 McLaren F1” cəmi 40 qramdır.

Bundan əlavə, saatın xronoqrafı da var və bir dəfə dolduranda 70 saat işləyir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)