Geoloji parklara giriş pullu olacaq - QƏRAR - QİYMƏTLƏR
Geoloji parkların geoturizm və rekreasiya zonalarından ödənişli əsaslarla istifadə ediləcək.
ENA.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə dəyişikliklər edib.
Qeyd edək ki, xüsusi mühafizə olunan təbiət ərazisinə daxil olmaq və turist marşrutları ilə hərəkət etmək, elmi araşdırmalar, müşahidələr, monitorinqlər aparmaq adambaşına gündəlik 2 manat, professional video və foto çəkilişləri etmək 1 gün üçün 20 manat, mədəni tədbirlər təşkil etmək 50 nəfərədək 1 gün üçün 50 manat, 50 nəfərdən çox 1 gün üçün 100 manat, avtonəqliyyat vasitələrini dayanacaqla təmin etmək hər avtonəqliyyat vasitəsi üçün 1 saat üçün 50) qəpik, gündəlik 5 manat, müvəqqəti iaşə, ticarət və digər mədəni təyinatlı səyyar obyektlər (köşklər) yerləşdirmək hər səyyar obyekt (köşk) üçün gündəlik 5 manat, aylıq 100 manat, mehmanxanalarda, kempinqlərdə, turbazalarda və digər iaşə obyektlərində təbiət istifadəçilərinin yerləşdirilməsi hər adam-gün üçün 2,5 manat, yabanı meyvə, göbələk, giləmeyvə, palıd qozası və digər bitkilər yığmaq kq-dək olan 1 qaba görə 5 manat, loqosundan istifadə etmə illik 100 manat, tədris və məşğələ (treninq) proqramlarının təşkili gündəlik adambaşına 1 manatdır.