Sosial iqtisadiyyat

Metronun məzənnə fərqindən gəlirləri azalıb, reklam gəlirləri 68 faiz artıb: Hesabat

“Bakı Metropoliteni” gəlirlərinin bir hissəsini açıqlayıb, söhbət reklam yayımından əldə olunan vəsaitlərdən gedir. 

İllik hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə reklam yayımından gəlir 2 milyon 876 min 382 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Bakı Metropoliteni”nin reklam yayımından gəliri 1 milyon 979 min 135 manat təşkil etmişdi. Beləliklə, 2017-ci illə müqayisədə ötən il QSC-nin reklam yayımından gəliri 897 min 247 manat və ya 45% artıb. 

“Bakı Metropoliteni”nin "sair gəlirlər"inin tərkibi ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)