BİZNES

Uğurlu idarəçilər haqda - 10 MİF

  • Onlar ekstravertdilər 

Biz introvertlərin dövründə yaşayırıq. Siz həqiqətən də elə düşünürsünüz ki, Bill Gates, Larry Page və Warren Buffett ekstravert olublar? Şirkət rəhbəri rok-ulduzu olmalı deyil, bu sadəcə mifdir.

  •  Onların hər hansısa imtiyazları var

Rəhbərlər hər şeyə özləri nail olublar, çoxları öz biznesinə sıfırdan başlayıb və nəyəsə nail olmaq üçün bütün gücünü ortaya qoyub. Hə, kimlərsə varlı ailədə anadan ola bilər, lakin bu insanların sayı o qədərdə çox deyil. 

  • Onlar sosial şəbəkələrdə “Networking” ilə məşğuldurlar

ABŞ-ın ən iri 500 şirkətinin rəhbərlərinin əksər hissəsi ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmirlər, istifadə edənlər isə onlara çox az vaxt ayıra bilirlər. Tanıdığım bütün CEO-lar o qədər məşğuldurlar ki, sosial şəbəkələrdə oturmağa vaxtları yoxdur. 

  • Onlar şəxsi brend yaratmağa can atırlar

Əsl rəhbərlər şəxsi brend yaratmaqda çox da maraqlı deyillər. Adətən hamının ağlına Donald Tramp gəlir. Düzdür, artıq milyarder olandan sonra nə qədər istəsəniz brend üzərində işləyə bilərsiniz, lakin bu sizə həmin o milyardı qazanmağa kömək etməyəcək. Və Tramp da öz sərvətini şəxsi brend hesabına qazanmayıb. 

  • Onlar universal və çoxtərəfli olurlar

Bu, ən geniş yayılmış miflərdən biridir. Əslində, sahibkarların əksəriyyəti yalnız müəyyən bir sahədə istedadlı olurlar. Mark Zuckerberg və Bill Gates – proqramçıdırlar. Buffet və Charles Schwab- maliyyəçi. Əlbəttə ki, hər bir CEO-nun biznesdə az da ola başı çıxır, lakin bu kvant fizikası deyil. 

  • Onların emosional intellekti yüksək olur

Çoxlarımız elə düşünür ki, rəhbərin müvəffəqiyyəti emosional intellektlə bağlıdır. Mənə elə gəlir ki, bu sadəcə şişirdilmiş bir konsepsiyadır və insanlar buna ürəkdən inandılar. 

  • Onlar çoxlu biznes-kitab oxuyurlar

Uğurlu CEO-ların əksəriyyəti – oxumuş insanlardır, lakin onların oxuduqları kitablar biznes və müvəffəqiyyət haqqında deyil. Onlar daha çox klassik, fantastik, fəlsəfə, bioqrafiya üslubuna, məşhur şirkətlərin tarixləri haqqında olan kitablara üstünlük verir. 

  • Onlar pozitiv düşünürlər

Rəhbərlər müxtəlif olurlar: optimist, pessimist və qarışıq nümayəndələr. Əsas olan şey başqadır – onlar realistdirlər. Onlar baş verənlər haqqında çox da uzun düşünmürlər, öz intuisiyasına etibar edirlər. Ümumilikdə desək, pozitiv bizə müəyyən dərəcədə kömək edə bilər, lakin eynilə utopik ideyalara da gətirib çıxarması ehtimalı yüksəkdir. 

  • Onların şəxsi vərdişləri və meyllikləri müvəffəqiyyətlərində böyük oynayır

 Hər bir CEO problemlərini müxtəlif üsullarla, yanaşma ilə həll edir. İki dənə eyni idarəçi yoxdur. Əsas odur ki, prioritetlər düzgün müəyyən edilsin: insanların sevəcəyi məhsul yaratmaq. Şəxsi vərdişlər insanların müvəffəqiyyətini müəyyən etmir. Müvəffəqiyyət əla işin nəticəsində əldə edilir. 

  • Onlar əla kommunikatorlardır

Rəhbərlərin bəziləri ümumiyyətlə ünsiyyətdən qaçır. Müasir dövrlərdə bu o qədər də böyük rol oynamır. Və nəhayət, miflərdən biri də ondan ibarətdir ki, rəhbərlər sözün əsl mənasında lider olmalı və sosial şəbəkələrdə çoxsaylı auditoriyaya malik olmalıdır. Əsl liderlərin şirkətləri, əməkdaşları və müştəriləri var – onların öz möhtəşəmliyi barədə düşünməyə vaxtları yoxdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)