Aqrar

Bu il qarpız-yemiş ucuz olacaq

Bu il qarpız-yemişin qiyməti aşağı olacaq. 

Ena.az xəbər verir ki, istər topdansatış, istərsə də pərakəndə satış yerlərində bu meyvələrin qiyməti keçənilkinə nisbətən ucuzdur. Təsərrüfatçı Murad Həbibov deyir ki, ötən ilə nisbətən bu il bostan bitkilərinin məhsuldarlığı qat-qat yüksəkdir:

“Məhsuldarlığın yüksək olması özünü qiymətlərdə də göstərir. Məsələn, ötən il bu vaxt yemişin qiyməti 1 manat 50 qəpik idi, indi 70 qəpikdir. 60-70 qəpiyə satılan qarpız isə hazırda 40 qəpikdir. Bir müddət sonra qiymətlər daha da aşağı düşəcək. Hələ ki, sakinlərin bir qismi qarpız almağa tələsmir, ancaq yenə də alıcılıq qabiliyyəti yüksəkdir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)