Bank

"Xalq Bank"ın nizamnamə kapitalı böyük məbləğdə artırılıb

"Xalq Bank" ASC dövriyyədə olan 3 630 300 ədəd səhminin nominal dəyərini 38,48 manat və yaxud 62,1% artıraraq 62 manatdan 100,48 manata qaldırıb. 

Son nəticədə "Xalq Bank"ın nizamnamə kapitalı 139 milyon 693 min 944 manat artaraq 225 milyon 78 min 600 manatdan 364 milyon 772 min 544 manata çatıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)