Elm və Texnologiya

“AliExpress”in istifadəçiləri kosmosa mesaj göndərəcək: Şirkət peyk buraxır

AliExpress” Yer kürəsinin yerətrafı orbitinə “Candy Jar” adlı mini-stansiyasını və “Tmall International”un kommunikasiya peykini buraxır.

"" Rusiya mətbuatına istinadən xəbər verir ki, onun köməyi ilə istifadəçilər qlobal satışların olduğu gün məhsula endirimlər əldə edəcəklər. Həmin gün, həmçinin hər il keçirilən “Subaylar Günü” ilə üst-üst-ə düşəcək.

Aksiyanın keçirildiyi günlərdə “AliExpress”in tətbiqi üzərində xüsusi bölmə açılacaq. Tətbiq üzərindən istifadəçilər hazırda “Candy Jar”ın harada olacağını görə biləcəklər. İstifadəçilər Dünya Şoppinq günü o zaman endirim alacaqlar ki, onlar “Candy Jar”da qurlaşdırılmış kamerada ekran görüntüsünü alacaqlar.

Əgər stansiya istifadəçinin yaşadığı ölkənin üstündən uçacaqsa, o zaman endirimin həcmi maksimal olacaqdır. Kompaniyadan bildiriblər ki, bu aksiyanın keçirilməsində əsas məqsəd “AliExpress”in mobil tətbiqi üzərindən sifarişlərin həcmini artırmaqdır. Bundan başqa, “Taobao” platformasının istifadəçiləri kosmosa öz səsli mesajlarını da göndərə biləcəklər. Həmin səs radiodakı səsə oxşar səsləndiriləcək. “Candy Jar” Yer kürəsinin ətrafında tam dövrəni 90 dəqiqə ərzində reallaşdıracaq. Aksiya Rusiya, İspaniya, Fransa, İtaliya, Portuqaliya, Polşa, Türkiyə, BƏƏ, Braziliyada keçərli olacaqdır.

“Kosmik proqram” illik keçirilən “Subaylar Günü” və ya Dünya Şopinq Günü ilə bağlı hazırlanıb. Beynəlxalq Gün 11 noyabrda artıq 10-cu dəfədir ki, təşkil edilir. Həmin gün “AliExpress” və digər riteylerlər üçün satışları nizama salmaq, artırmaq məqsədi daşıyır. 11 noyabr ABŞ-da hər il qeyd olunan “qara cümə” gününü xatırladır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)