Sosial iqtisadiyyat

"Sərəncamların büdcəsi 1 milyard manatı aşır"

"Sərəncamların büdcəsi 1 milyard manatı aşır"

Bu gün Prezident İlham Əliyevin imzaladığı 17 sərəncam ilə minimum əmək haqqı, müəllimlərin maaşları, bir sıra qurumların hərbi qulluqçularaının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları artırılıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu gün imzalanmış 16 sərəncamın büdcəsi 1 milyard manatı aşır. Yəni, aylıq pul təminatının və maaşların artırılmasına büdcədən bu il əlavə 1 milyard manat yönəldiləcək. İlin əvvəlindən imzalanan sosial paketlərin büdcəsi isə 3 milyard manatı aşır.

Vüsal Qasımlı qeyd edib ki, minimum əmək haqqının artırılması özəl sektorda 350 min nəfərin, dövlət sektorunda isə 600 minə yaxın insanın əməkhaqqına müsbət təsir edəcək.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department