Ədliyyə Nazirliyinin əməkdaşlarının maaşları artırıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
- Eləcə də bax: Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşı artırıldı
"ENA"nın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
- Eləcə də bax: DİN əməkdaşlarının maaşları artırılıb