Azərbaycanda sabiq deputat holdinq təsis edib
Azərbaycan İqtisadçılar Klubunun prezidenti və Milli Məclisinin III çağırış (2005-ci ildə) deputatı olmuş Nazim Bəydəmirli özünə yeni holdinq təsis edib.
- Eləcə də bax: Azərbaycan bazarına 4 yeni Türkiyə şirkəti daxil olub
Məlumata görə, təsis edilən holdinqin adı “Baydamirli Holding” MMC-dir. Holdinqin hüquqi ünvanı Bakı şəhəri, Heydər Əliyev prospoektində yerləşən Çinar Plazadır.
Şirkətin nizamnamə kapitalı 10 000 ABŞ dollarıdır və 7 May 2019 dövlət qeydiyyatına alınıb.