Elm və Texnologiya

"iPhone" və "iPad"ı qıran yeni nadir proqram yaradılıb

İsrailin "Cellebrite" şirkəti "iPhone" və "iPad"ın əməli olaraq bütün modellərini qırmaq iqtidarında olan nadir proqram yaradıb.

"ENA" xəbər verir ki, proqram istehsalçılar tərəfindən hüquq-mühafizə orqanlarının ehtiyaclarını ödəmək üçün yaradılıb.

Onun yaradıcıları iddia edirlər ki, proqram iOS 7-dan iOS 12.3-ə qədər olan əməliyyat sistemləri ilə işləyən "iPhone" və "iPad" qurğularına giriş əldə etməyə imkan verəcək.

Bundan əlavə, indi "Android"lə işləyən qurğular, eləcə də, "Samsung Galaxy" smartfonları da onlar üçün əlçatandır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)