Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında rouminq tarifləri azaldıla bilər
![](https://ena.az/uploads/news/2019-06/_ena_3c74b4a0bce48152c4b945702_o.jpg)
“Avropa İttifaqı (Aİ) Azərbaycanda 300 km-lik dəmir yolu xəttinin çəkilişini dəstəkləyəcək”.
"ENA" xəbər verir ki, bunu Aİ-nın Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han bu gün Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda bildirib.
O, həmçinin əlavə edib ki, ölkələri ilə Azərbaycan arasında rouminq tarifləri azaldıla bilər: “Bu yaxınlarda rouminq tariflərinin azaldılması və kibertəhlükəsizliyə qarşı birgə mübarizə işlərinə başlanılıb. Bu forum bir daha əməkdaşlığımızın inkişaf etdiyini sübut edir".