İnsan orqanizmi üçün təhlükəli texnologiya - 5G-NİN LƏĞVİ TƏLƏB OLUNUR
Polşanın Baş naziri Mateus Moraveski 5G texnologiyalarının istifadəsinin dayandırılması barədə beynəlxalq çağırışa qoşularaq müvafiq sənədi imzalayıb.
Dünyanın aparıcı 2000 elm xadimi və 1400 həkiminin iştirakı ilə aparılmış tədqiqatların nəticəsi olaraq bildirilib ki, 5G texnologiyası insan orqanizmi üçün təhlükəlidir. Təhlükə heyvanlar və bitki aləmi üçün də var.
5G-nin tətbiqindən əvvəl heç bir təcrübə aparılmayıb. Baxmayaraq ki, bu texnologiyalar 3G və 4G-dən daha yüksəkdə quraşdırılır, lakin onun elektromaqnit hissəciklərinin zərəri daha çoxdur. Bu hissəciklər insanlarda xərçəng xəstəliyi, genetik pozulma, stress, reproduktiv sistemin dəyişikliyi, yaddaş problemi yaradır.