“Ege” hospitalında ölüm

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.
Xəbərə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.
Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, "Grand" hospitalın adı baş vermiş ölümlərdən sonra “Ege” hospitala dəyişdirilmişdi.