Depozit hərracının da faizləri aşağı düşdü
Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı 10 iyun 2019-cu il tarixində keçiriləcək.
"ENA" Mərkəzi Bankın elanına istinadən xəbər verir ki, hərrac ilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 6,51% - 8,49% müəyyən olunub. Qeyd edək ki, əvvəlki hərraclarda faiz dərəcəsi 6,76% - 8,74% aralığında müəyyən edirdi. Faizlərin düşməsi bu gün Mərkəzi Bankın faiz endirməsi ilə bağlıdır.