2 gündə 28 min 400 sərnişin daşınıb

Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta 28 min 400 nəfər daşınıb
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla ölkənin 56 avtovağzal və avtostansiyalarından 28 min 400 sərnişin daşınıb:
"Bu, həm paytaxt Bakıdan bölgələrə, həm də bölgələrdən paytaxta daşınan sərnişinlərin sayıdır. İyunun 6-da isə 15 min 620 sərnişin daşınıb. Bölgələrdən Bakıya daşınanların sayı 11 min 920 nəfər, paytaxtdan bölgələrə daşınanların sayı isə 3 min 700 nəfər olub. Gün ərzində 718 nəfər isə beynəlxalq istiqamətdə daşınıb".