Mərkəzi Bankın notlarına beşqat tələb
4 iyun 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100676S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4587 AZN (6.76%) olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 571 milyon 464 min 800 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4587 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4587 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 03.07.2019