İnşaat və əmlak

İpoteka kreditləri üzrə faizlərlə bağlı - RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 183,2 milyon manat kredit verib.

Mərkəzi Bankdan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,6 faiz çoxdur.

Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən illik müqayisədə 2,8 dəfə çox - 100 milyon manat vəsait ayrılıb. Verilən kreditlər üzrə faiz dərəcəsi isə 6-7 faiz arasında dəyişib.

AİKZF-in ipoteka portfeli üzrə aylıq ödənişlərinin həcmi də kreditin həcminə uyğun olaraq artıb. Belə ki, 2018-ci ilin əvvəlində bu, 323 milyon manat olduğu halda, sentyabr ayının sonunda 341 milyon manata yüksəlib. Banklar tərəfindən isə 183 milyon manat həcmində kredit verilib. 

Fond özü isə 155 milyon manatlıq istiqraz buraxıb ki, bu da illik müqayisədə 22,5 faiz azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)