"Əmək Bazarı üzrə Milli Konservatoriya yaradılır"
"Prezident İlham Əliyev əməkhaqqı və pensiyaların artacağını bəyan edib. Biz növbəti illərdə də əməkhaqqı və pensiyaların davamlı artacağına əminik".
"ENA" xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sahibkarlar Gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.
S. Babayev deyib ki, əmək bazarının tənzimlənməsi, əmək münasibətlərinin inkişaf etdirilməsi, əmək resursları ilə yeni yaradılacaq iş yerləri arasında əlaqənin təmin edilməsi üçün Əmək Bazarı üzrə Milli Konservatoriyanın yaradılmasına başlanıb: Konservatoriyanın əsas işi ölkənin əmək resursları ilə əmək bazarının tələbləri arasında proqnozlaşdırma və əlaqələndirmə işlərinin görülməsidir. Biz inanırıq ki, işin bu şəkildə təşkili, əlaqələndirilmiş bütün dövlət qurumlarını iştirakı ilə sahibkarların ehtiyaclarını və imkanlarını nəzərə alaraq əmək bazarında daha əlaqələndirilmiş işi təmin edə biləcəyik".
apa.az