MALİYYƏ

Fantastik zərər yığılmış dövlət şirkətinə hökumət yenidən sərmayə yatırır

"Azərkosmos” ASC-nin nizamnamə kapitalı 105 milyon 695 min 280 manat və yaxud 2,66 dəfə artırılaraq 63 milyon 610 min 600 manatdan 169 milyon 305 min 880 manata çatdırılacaq.

Bu barədə hökumətdəki mənbəyə istinadən xəbər verilir.

Məlumata görə, bu məqsədlə dövlət şirkətinin dövriyyədə olan 20 manatlıq nominal dəyərə malik səhmlərinin sayı 5 284 764 ədəd artırılaraq 3 180 530-dan 8 465 294-ə çatdırılacaq.

Xatırladaq ki, “Azərkosmos” zərərlə işləyir. Səhmdar cəmiyyəti ötən ili 6,462 milyon manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 59,85% az olsa da, qurumun yığılmış zərəri 1,6% artaraq 313,191 milyon manata çatıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)