Hadisə

Bakıda ofisdən 200 min manatlıq oğurluq olub

Bakıda ofisdən 200000 manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluqlar ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən edilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Poli Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılıb.

Fakltla bağlı araşdırma aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)