Neft gecə daha da ucuzlaşıb - AZƏRBAYCAN ÜÇÜN KRİTİK SƏVİYYƏYƏ YAXINLAŞDI
Ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarını güclənməsilə əlaqədar olaraq neft qiymətləri düşməkdə davam edir.
"ENA" xəbər verir ki, Brent nefti daha 5,6% ucuzlaşma ilə 61.69 dollara, ABŞ xam nefti isə 5,7% də ucuzlaşaraq 53.37 dollara düşüb.
Eləcə də bax: Türkiyə dollar və avro sürətlə ucuzlaşır - SON QİYMƏT
Ticarət müharibəsinin qlobal iqtisadi artımı, o cümlədən ABŞ və Çində iqtisadi inkişafı ləngidəcəyi və nəticədə neftə tələbin azalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan 2019-cu ilin dövlət büdcəsində neftin qiymətini 60 dollar götürüb.
Brent nefti son 1 həftədə 10.19%, son 1 ayda isə 12.81% ucuzlaşıb.
ABŞ Prezidenti Donald Trampın Meksikaya 5% gömrük vergisi tətbiq olunacağını açıqlaması və Çin tərəfindən ABŞ-a cavab veriləcəyinin siqnalının verilməsi qlobal ticarət müharibəsi narahatlıqlarını daha da artırıb. Qlobal birjalar düşməkdədir.