"Premium Bank"ın səhmlərində pay bölgüsü dəyişib
Fiziki şəxsin payı 84,78%-ə çatıb.
Azərbaycanda yeni adla fəaliyyət göstərən “Premium Bank” ASC-nin səhmlərində pay bölgüsü dəyişib.
Bankın səhmlərində 1 yanvar 2019-cu il tarixdə fiziki şəxslərin payı 84,78%-ə çatıb. Bu ötən ilin əvvəlində fiziki şəxlərin payı 70% idi.
Səbəb isə Zərifə Həmzəyeva Bankın ikinci böyük səhmdarı “VIP Aviation Xidmət Şirkəti” MMC-nin bankdakı 14,78%-lik səhmlərini alaraq payını 84,78%-ə çatdırıb.
Qeyd edək ki, “VIP Aviation Xidmət Şirkəti” MMC və Elvira Əhmədovanın ümumi olaraq bankda payları 15,22% təşkil edir.
Xatırladaq ki, Zərifə Əliyeva Azərbaycanda maliyyə qurumlarında 88,68 mln. manatla ən böyük səhmdardır.