MALİYYƏ

Mərkəzi Bankın notlarına dördqat sifariş

29 may 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100576S  dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 27 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.4959 AZN (6.76%) olan 29 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 875 milyon 101 min 900 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4959 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4959 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  200 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 25.06.2019

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)