Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya mənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
ENA.az xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
















