Bank

Problemli kreditlər azalır

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 1 748,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 1,3% azdır.

İlin əvvəlinə nisbətən problemli kreditlər 7,5% artıb, ötən il oktyabrın 1-nə nisbətən isə 5,8% azalıb.

Sentyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,2% təşkil edib. Bu nisbət iyulun sonuna 14,4%, ötən ilin sonuna 13,8%, ötən il sentyabrın sonuna isə 14,9% təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)