Azərbaycana rəsmi telefon idxalında böyük artım
Bu ilin birinci rübündə Azərbaycana 241 min 300 ədəd mobil telefon və digər simsiz rabitə vasitələri tədarük edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin ilk üç ayında mobil telefonların idxalı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 38,3% artıb.
Bu tendensiya əsasən fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün mobil telefonların idxalına gömrük nəzarətinin gücləndirilməsi ilə bağlıdır.
Bu dövr ərzində idxal olunan mobil telefonlar Azərbaycan gömrük orqanlarında 29 milyon 477 min 620 ABŞ dollar və ya bir ədədi üçün 122,1 ABŞ dolları məbləğində bəyan edilib. 2018-ci ilin I rübündə mobil telefonların orta gömrük dəyəri 92 dollar idi.