Cavid Nəzərov özəl sektora keçdi
Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri və Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin keçmiş direktoru Cavid Nəzərov dövlət qulluğundan ayrılıb.
Eləcə də bax: Sendviç barında 332,000 - Zamirə Hacıyevanın 16 milyonu necə xərclədiyi bəlli olub - ARAŞDIRMA
ENA.az xəbər verir ki, Cavid Nəzərov hazırda “Smart Solutions” şirkətinin layihə rəhbəri vəzifəsində çalışır.
Bu şirkət dövlət satınalmaları daxil olmaqla elektron satınalmalar portalının proqram təminatı və texniki təminatını həyata keçirir.