ENA+

Baş Nazir 16 dəqiqəyə istefa verdi

Bu gün Ukrayna Nazirlər Kabinetinin 16 dəqiqə davam edən iclasında baş nazir Vladimir Qroysman rəsmən istefa verib.

"ENA" xəbər verir ki “strana.ua” portalının verdiyi xəbərə görə, bu, mövcud hökumətin tarixində ən qısa iclas olub. 

Qroysman öncədən saat 11:00 üçün planlaşdırılmış iclası saat 11:16-da açıb və saat 11:32-də bitirib.

Bu 16 dəqiqə ərzində Vladimir Qroysman istefa bəyanatını təbii bir addım hesab etdiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)