Hansı banklar “qırmızı bayraq” qaldırıblar?:CƏDVƏL+TƏHLİL
Artıq bir aydan sonra Azərbaycanda fəaliyyət göstərən banklar 2019-cu ilin ikinci rübünü başa vuracaqlar. ENA.az isə birinci rübdə “qırmızı bayraq” qaldırmış bankların vəziyyəti ilə bağlı tendensiyanı izləməkdə davam edəcək. Bu ilin yanvar-fevral-mart aylarının yekunu olaraq, hansı banklar dayanıqlıq riski daşıyırlar, hansılar bu sərhədə daha yaxındır, bu mövzuda araşdırmamızı oxucularımıza təqdim edirik.
Niyə məcmu kapital?!
Bankların dayanıqlı olduğunu və aktivlərinin nə qədər sağlam və risksiz səviyyədə yerləşdiyini göstərən terminlərdən ən başlıcası isə bankın məcmu kapitalının səviyyəsi və bu məcmu kapitalın adekvatlıq əmsalının tələb kimi qoyulan normativlər daxilində olub-olmamasını daha aydın göstərmək üçün ENA.az bankların öz məlumatları əsasında cədvəl hazırladı. Əvvəlcə baxaq, nəyə görə məcmu kapital?
Çünki məcmu kapital bankların biznes strategiyalarını dəstəkləmək üçün nəzərdə tutulur. Yəni əgər maliyyə sektorunda istər daxili, istərsə də xarci faktorlar nəticəsində mənfi tendensiyalar baş verərsə, bu zaman məcmu kapital bankın maliyyə dayanıqlığını təmin edir. Başqa sözlə, bankın ödəmə qabiliyyətinə təsir edən hər hansı xərclərlə bağlı bank problemlərlərlə üzləşdikdə məcmu kapital hesabına bank həmin xərcləri azaldır və əmanətçilərin maraqlarının təmin olunmasına imkan yaradır. Buna görə də məsmu kapitalla bağlı məcburi normalar var və bu normaların pozulması həmin bankla bağlı xüsusi yanaşma tələb edildiyini göstərir.
Azərbaycan Mərkəzi Bank tərəfindən ilkin olaraq məcmu kapital tələbi 10 milyon manat müəyyənləşmişdi. 2015-ci il yanvarın 1-dən isə bu göstərici 50 milyon manat qəbul edilib. Məcmu kapitalın adekvatlıq əmsalı isə məcmu kapitalın bankın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti kimi hesablanır. Yəni, bank nə dərəcədə yüksək riskli əməliyyatlar həyata keçirirsə, ona adekvat şəkildə kapitala malik olmalıdır. Məcmu kapitalın adekvatlıq əmsalına minimum tələb 10 faiz təşkil edir.
№ |
Bankın adı |
2019-cu il, I rüb. Məcmu kapitalının həcmi mln. manatla |
Adekvatlıq əmsalı (Norma 10%) |
1 |
Azərbaycan Beynəlxalq Bank |
1117,986 |
33,89% |
2 |
Kapital Bank |
391,232 |
16,78% |
3 |
Paşa Bank |
321,073 |
12,61% |
4 |
Xalq Bank |
279,012 |
14,6% |
5 |
AtaBank |
138,126 |
14,8% |
6 |
Premium Bank |
133,145 |
14,50% |
7 |
Expressbank |
116,568 |
23% |
8 |
Rabitəbank |
106,482 |
10,6% |
9 |
AccessBank |
89,759 |
14,05% |
10 |
AFB Bank |
85,426 |
43,78% |
11 |
ASB |
74,020 |
15,11% |
12 |
Naxçıvan Bank |
73,389 |
152,1% |
13 |
Nikoil Bank |
71,428 |
23,4 |
14 |
Yapı Kredi Bank |
71,287 |
24,8% |
15 |
Muğan Bank |
68,945 |
- |
16 |
Ziraat Bank |
64,945 |
25,8% |
17 |
Bank Avrasiya |
63,640 |
- |
18 |
Turan Bank |
63,572 |
16,1% |
19 |
Günay Bank |
62,343 |
30,62% |
20 |
NBC Bank |
56,498 |
21,19% |
21 |
Unibank |
55,291 |
10% |
22 |
VTB Bank |
55,057 |
38,32% |
23 |
Bank Respublika |
53,977 |
10,92% |
24 |
Azər-Türk Bank |
52,310 |
- |
25 |
Bank BTB |
52,222 |
21,05% |
26 |
AG Bank |
51,858 |
10,10% |
27 |
Bank of Baku |
18,705 |
6,57% |
28 |
AmrahBank |
13,210 |
6,18% |
“Təhlükəli zonada” hansı banklar var
Yuxarıdakı cədvəli təhlil etsək, Bank of Baku və Amrahbank istər məbləğ, istərsə də faiz baxımından normativ tələbləri ödəmir. Bu o deməkdir ki, bank zərərləri hesabına məcmu kapitalını itirib. Bu yüksək riskli əməliyyatların həcminin çoxalması nəticəsində ola bilər, məsələn bankın devalvasiya nəticəsində dollarla olan problemli kreditləri bankın kapitalının itirilməsinə gətirib çıxarıb. Digər təhlükəli zonada olan banklar AGBank və Bank BTB-dir. AGBank-da adekvatlıq əmsalı 10.10 faiz təşkil edir və bu artıq ingilis dilində “red flag-qırmızı bayraq” qaldırmış banklardır. Yəni, bu banklar məcmu kapitalının adekvatlılığının pozulmasının astanasındadır. Məbləğə baxsaq, 51-52 milyon manat məcmu kapitalı olduğu görünür, bu isə o deməkdir ki, bu banklar əlavə problemli kreditləri formalaşacağı təqdirdə “kapital şoku” yaşayacaqlar. Digər göstərici “Bank Respublika”da qeydə alınır, hərçənd bu bank daha çox aktiv kreditləşmə siyasəti aparsa da, hazırda bazarda kifayət qədər reklamı ilə populyarlaşsa da adekvatlıq əmsalı “qırmızı bayraq” çərçivəsindədir. Qeyd edək ki, “Bank Respublika”nın rəhbərliyində bu yaxınlarda dəyişiklik oldu və bank sektorunda tanınan daha bir peşəkarı öz sıralarına qəbul etdi. İstənilən halda bank hələki kapital problemindən yaxasını tam qurtara bilməyib. Bankın portfelində problemli kreditlərin həcmi yüksək səviyyədədir. Nəzərə çarpan bir məqam isə “PaşaBank”ın göstəriciləri ilə bağlıdır. “PaşaBank” 321 milyon manat məcmu kapitala malikdir, adekvatlıq əmsalı isə 12.61 faizdir. Yəni, bu o deməkdir ki, “Paşa Bank” verdiyi kreditləri yüksək riskli müştərilər üzrə yerləşdirilib.
Ümumiyyətlə, risk kateqoriyasına baxsaq, müəyyən normativ tələblər qeyd olunub:0-50 faiz arasında risk faizli kateqoriyalar var. Kreditləşmə aktivləri əsasən daşınmaz əmlakla təmin olunmuş (ipoteka kreditləri istisna edilməklə) kreditlər, reytinqi olmayan şirkətlərə verilən kreditlər 100 faizlə təsnifləşdirilir. Başqa sözlə, bu o deməkdir ki, bankın verdiyi kreditlər qarşılığında onun risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin həcmi artıb. Yəni artıq kapital 321 milyon manata yüksəlsə də, aktivlərin sürətli artımı həmin riskli əməliyatlarını tam qarşılaya bilmir, hər hansı “şok effekti” nəticəsində bank kapital adekvatlığı tələbini pozmuş olacaq.
Ümumiyyətlə, adekvatlıq əmsalı minimum tələbə yaxınlaşarsa, bu o deməkdir ki, bankın üzərinə götürdüyü yüksək riskli aktivlərin həcmi ümumi aktivlərində artan istiqamətdə davam edir.
Ena Təhlil Qrupu və İqtisadçı ekspert Ramin Rəhimov