Sosial iqtisadiyyat

“Bu, Prezidentin apardığı siyasətə ziddir” - Deputatlar narazılıq etdi

Parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklik deputatların narazılığına səbəb olub.

ENA.az” xəbər verir ki, belə ki, qanuna əlavə edilməsi təklif olunan 32.1 maddəsinə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək.

Deputat Qüdrət Həsənquliyev təklif edib ki, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 3000 manat rüsum ödəməsi yaxşı hal deyil: Azərbaycanda bu sahənin inkişafına ehtiyac  var, ona görə də bu rüsum olmamalıdır”.

Deputat Əflatun Amaşov da rüsumlardan narazılıq edib: “Bir sahibkar istəyir ki, təhsil müəssisəsi açsın, axı o rüsum ödəməməlidir. Çünki özəl müəssisə açmır. Rəqəmlər 3000-15000 manata rasında dəyişir. Onların müəyyənləşdirilməsində hansı parametrlər əsas götürülür, məlum deyil. Heç olmasa, bu rəqəmlərə yenidən baxmalıyıq”.

Deputat Asim Mollazadə də rüsumlara etiraz edib və həmkarlarını bu qanunun əleyhinə səs çağırmağa səsləyib: “Bu, cənab Prezidentin apardığı siyasətə ziddir”.

Deputat Musa Quliyev də qanun layihəsinin geri göndərilməsini təklif edib: “Bu rüsum hansısa sahibkardan deyil, uşaqdan alınacaq. Layihəni hazırlayanlar niyə cənab prezidentin siyasətinə zidd gedirlər?  Bu vətəndaşın miqyasında götürəndə böyük bir  vəsaitdir. Bu maddəni layihədən çıxarın və geri göndərin”.

Millət vəkili Qənirə Paşayeva bu rüsumun sahibkarladan çox vətəndaşın cibindən çıxarılacağını qeyd edib: “Kənd yerlərində, rayonlarda bağçalar çatışmır: “Ondan bundan xahiş edirik ki, bağçaların təmirinə kömək edin. Belə rüsumlarla kim gedib bölgələrdə bağça açacaq və bu rentabelli olacaq?!”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)