16-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi

Sayca 16-cı olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Sənaye liderlərinin başlıca görüş yeri statusunu daşıyan bu sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edəcək. Ötən il olduğu kimi, bu il də sərgilərdə rekord sayda milli və regional stendlər qurulacaq.