Axtar

Bakıda karyera yarmarkası keçiriləcək

Bakı Şəhər Halqası (BŞH) Akademiyası 29 - 30 oktyabrda Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) ilə birlikdə karyera yarmarkası təşkil edəcək.

BŞH-dan verilən məlumata görə, ikinci dəfə reallaşacaq karyera yarmarkasının keçirilməsində əsas məqsəd ölkə gənclərinin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına yaxından dəstək göstərməkdir. Builki yarmarkada xidmət, neft, qeyri-neft və digər aparıcı sahələrdə fəaliyyət göstərən 30-dan çox şirkət keyfiyyətli kadr axtarışında olacaq. Yarmarkada işaxtaranlara müxtəlif istiqamətlər üzrə ödənişli iş və təcrübə proqramları təklif olunacaq.

Karyera yarmarkasında iştirak etmək istəyənlər əvvəlcədən bu keçidə https://forms.gle/V5UncjzXDATp5y4e7 daxil olaraq onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Müraciətçilər yarmarkaya gələrkən öz şəxsiyyət vəsiqəsi ilə yanaşı CV-lərinin bir neçə nüsxəsini də gətirməlidirlər.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33