"DOST"un təqdimatı olacaq

Noyabrın 20-si saat 16.00-da DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin konsepsiyası, “e-sosial” internet portalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni loqo və internet səhifəsinin təqdimat mərasimi keçiriləcək.

Tədbirdə Baş nazirin müavini Ə.Əhmədov, nazir S.Babayev, ASAN Xidmətin sədri Ü.Mehdiyev, hökümət nümayəndələri, millət vəkilləri, səfirlər, QHT-lər və başqaları iştirak edəcək. Tədbir 20 noyabr saat 16.00-da “Fairmont” otelin “Nizami” zalında keçiriləcək.