Rusiya təyyarəsinin vurulma anı canlandırıldı

18 sentyabr gecəsində Suriyanın Latakiya bölgəsində Rusiyaya məxsus “İl-20” təyyarəsinin vurulma anı 3D effektlə canlandırılıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Rusiya Hava Qüvvələrinin hazırladığı videoda “İl-20”nin Xmeymim bazasından qalxaraq bölgədə kəşfiyyat apardığı görülür.

Daha sonra İsrailə məxsus Latakiyaya hava zərbələri endirdiyi üçün “İl-20” həmin bölgəyə doğru hərəkət edir. İsrail təyyarələri Rusiya təyyarəsinin arxasında olduğu üçün Suriya hava hücumundan müdafiə sistemlərinin açdığı atəş “İl-20”yə dəyir.

Qeyd edək ki, hadisə zamanı 15 əsgər ölüb. Rusya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov hadisəyə görə İsrailin məsuliyyət daşıdığını açıqlayıb.