Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 32:
Qrup sığortası (eng.-group insurance) – bir çox işçinin və ya onların himayəsində olanların işəgötürənlə bağlanmış vahid sığorta müqaviləsi əsasında, hər bir sığorta olunana fərdi şəhadətnamələrin verilməsi ilə sığortalanması;
Fransa Respublikasının Sığorta Məcəlləsi - 2003-cü il, maddə L140-1
Bir qrup şəxsləri (sığortaya)cəlb etmək məqsədilə hüquqi şəxslə və ya şirkət direktoru ilə bağlanan, insan həyatının müddətindən asılı olan riskləri, şəxsin fiziki sağlamlığına, analığa dair riskləri, hüquq qabiliyyəti, əmək qabiliyyəti və ya işsizliklə bağlı olan riskləri əhatə etmək üçün özündə müəyyən etdiyi meyarlara əsaslanan müqavilə qrup müqaviləsidir.
Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 231:
(1) Həyat və ya Qəza sığortası (fiziki şəxslərin həyatı və sağlamlı ilə əlaqəli risklərə təminat verən sığortalar)müqaviləsi üzrə sayı müəyyən edilmiş və ya müəyyən edilə bilən iki və ya daha çox şəxs sığortalana bilər…
(2) Həyatı, sağlamlığı və ya əmək qabiliyyəti sığortanın predmeti olan sığorta olunanlar işçi olduqda, qrup sığortası işəgötürən tərəfindən bağlana bilər.
|