Axtar

“Greencard” fırıldaqçıları sizi aldada bilər! - SƏFİRLİKDƏN XƏBƏRDARLIQ

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci ilin “Greencard” Viza lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib. 

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Məlumatda bildirilib ki, saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər:

“Bundan əlavə, yerli viza təşkilatları, “Greencard” lotereyasına daxil etmək məqsədi ilə sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər.

Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir. Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: http://www.dvlottery.state.gov”.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla