Birja

Bitcoin-in qiyməti 7000 dolları keçib

8 May gecəsi analitiklərin əhəmiyyətli müqavimət səviyyəsi kimi göstərdikləri 6000 dolları aşan Bitcoin-in qiyməti 7000 dolları da keçib. 

"ENA.az" xəbər verir ki, dünyanın ən populyar kriptovalyutasının qiyməti 7 min 450 dolları görüb.

Bakı vaxtı ilə saat 9.45-də Bitcoin 7 075 dollardan alıcı tapıb.   

Bitcoin-lərin cəmi bazar dəyəri isə 130.2 milyard dolları keçib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)