Avtomobil

Rusiyada avtomobil satışları son 10 ilin zirvəsindədir

Mərkəzi ofisi Rusiyada yerləşən Avropa Müəssisələri Assosiasiyası (AEB) bu ilin 8 ayında avtomobil satışlarının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62 faiz artdığını açıqlayıb.

Açıqlamada, avqust ayında avtomobil satışlarının keçən ilin eyni dövrünə görə 34% artaraq 155 min 277 ədədə çatdığı və bunun son 10 ilin ən yüksək səviyyəsi olduğuna diqqət çəkildi.

AEB-yə bağlı Avtomobil İstehsalçıları Komitəsinin sədri Aleksey Kalitsev məsələni dəyərləndirərkən, "Bu artımın arxasında bəzi səbəblər var. Xüsusilə 2022-ci ilin fevral ayından sonra bazarda təklif kəsiri vardı, bu, əhəmiyyətli bir artım yaratdı. Bu kəsir yeni modellərlə bağlanır", - deyib.

Qüvvəyə minəcək yeni vergilər səbəbiylə vətəndaşların avtomobil alışlarını sürətləndirdiyinə diqqət çəkən Kalitsev, "Faizlə bağlı qərarları unutmaq lazım deyil. Beləliklə, bayramlar səbəbiylə adətən sakit keçən avqust ayı 10 ilin rekordunu pozdu". 

Kalitsev cari tendensiyanın sentyabrda da davam edəcəyini proqnozlaşdırıb.

2022-ci ilin fevral ayına qədər Rusiyada bazar lideri olan Qərb avtomobil şirkətləri Ukraynada müharibənin başlaması ilə ölkədən çəkildiklərini açıqladılar.

Rusiyada dayanan avtomobil satışları 2023-cü ildə, xüsusən də Çin şirkətlərinin ölkəyə ixracatını artırması ilə bərpa prosesinə girdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)