Hadisə

Yarım milyonluq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifa etmə və vəzifə saxtakarlığındə təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"BI"nin xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı cinayət işi ilə tanış olmadığını deyərək, məhkəmədən vaxt istəyib.

Proses aprelin 22-dək təxirə salınıb.

İttiham aktına əsasən, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə isə 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)