Axtar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Vəzifə öhdəlikləri:

 Bankın fəaliyyətini tənzimləyən daxili normativ sənədləri hazırlamaq, yenidən baxmaq, yeniləşdirmək;
 Daxili korporativ sənədlərin hazırlanması üzrə daxili standartları və metodologiyaları hazırlamaq; 
 Biznes prosesləri sənəd üzərində yazılı formada qeydiyyata almaq;
 Mövcud daxili normativ sənədlərin təkmilləşməsi istiqamətində təkliflər vermək;
 Bankın idarəetmə orqanlarının işinin təşkili və iclas protokollarının hazırlanması, rəsmiləşdirilməsi və qeydiyyatına nəzarət.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (Hüquq üzrə təhsil arzuolunandır);
 MS Office proqramlarında işləmək bacarığı;
 Azərbaycan və rus dillərində səlis yazı və danışıq bacarığı, ingilis dili üstünlükdür;
 Bank sahəsində təcrübə vacibdir, hüquq üzrə 1-3 illik iş təcrübəsi və filiallarda əməliyyat/nəzarət sahəsində təcrübənin olması üstünlük hesab edilir.

Şəxsi keyfiyyətlər:

 Problemləri həll etmə bacarığı;
 Təşkilatçılıq bacarığı;
 Təqdimat bacarığı;
 Vaxtın idarəedilməsi;
 Yazılı və şifahi ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

• Ümumi və əsas idarəetmə prosesləri ilə yaxından tanışlıq;
• Bank sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
• Sistem quruculuğu istiqamətində yeni və faydalı təcrübə;
• Normativ yaradıcılıq və yazı bacarıqlarının inkişafı;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 avqust 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(İdarə Heyəti sədrinin aparatına namizəd)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla