Vakansiyalar

Şirkət şöbə müdiri vəzifəsinə işçi axtarır - MAAŞ 2500-3500 AZN

Azprotein Foods Group

Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi şöbəsinin müdiri

 Son tarix 17 mar 2024 

Namizədə Tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
  • Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 3-5 illik rəhbər vəzifə üzrə iş təcrübəsinin olması
  • İngilis dilini biliyi arzuolunandır
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi bacarığı
  • MS Office programları (Word,  Excell, Power-Point, Outlook), 1C proqramı üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
  • Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət 
  • Məhsulların keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə  və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanması
  • Müəssisəyə daxil olan materialların (xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar) yoxlanması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması
  • Standart və texniki şərtlərin tələbləri, təsdiqlənmiş nümunələr (etalonlar) və texniki sənədlər, çatdırılma və müqavilə şərtlərinə uyğun olaraq müəssisənin istehsal etdiyi məhsulların, icra etdiyi işlərin (göstərdiyi xidmətlərin) keyfiyyətinə nəzarət, həmçinin istehsalat intizamının möhkəmləndirilməsi, keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalının təmin olunması üzrə işləri təşkil edir. 
  • Məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə  və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanmasını təşkil edir. 
  • İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarəti, hazır məhsulların keyfiyyəti və komplektliliyi, həmçinin müəssisənin bölmələri və anbarlarda xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar, hazır məhsulların düzgün saxlanmasına nəzarət. 
  • Məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılması üçün tədbirlərin keçirilməsi,  keyfiyyətinin idarə olunması sistemləri, standart və normativlərin məhsulların (işlərin, xidmətlərin) keyfiyyətini tənzimləyən göstəricilərin, nəzarət əməliyyatlarının avtomatlaşdırılması və mexanizasiyasını nəzərdə tutan daha təkmil nəzarət üsulları, məhsulların nəzarəti pozmayan nöqsansız təhvil verilməsi sistemləri və s. işlənib hazırlanması və tətbiq olunması, bu məqsədlər üçün xüsusi vasitələrin yaradılmasına rəhbərlik edir. 
  • Hazır məhsullar, xammal, materiallar, yarımfabrikatlar, komplektləyici məmulatların keyfiyyəti, texnoloji avadanlıq və alətlərin keyfiyyəti və vəziyyəti, məhsulların istehsalı, saxlanması və daşınması şərtlərinin texnoloji proseslə nəzərdə tutulmayan seçmə üsulla yoxlamalarının aparılmasını təşkil edir. 
  • Məhsulların (işlərin, xidmətlərin) keyfiyyətini təsdiq edən sənədlərin tərtib olunmasına nəzarət, təchizatçıların çatdırılmaların keyfiyyətinə dair tələbləri pozduqda reklamasiyaların hazırlanması, həmçinin məhsulların istehsal prosesinə cari nəzarət üzrə metodika və texnoloji təlimatların vaxtında məsul işçilərə təqdimatı, müəssisədə nəzarət-ölçü vasitələrinin vəziyyəti və onların dövlət yoxlaması üçün vaxtında təqdim olunması, keyfiyyətə nəzarət xidmətlərinin lazımi texniki sənədlərlə təmin edilməsinə nəzarəti təmin edir. 
  • Reklamasiyaların təhlili, istehsal texnologiyalarında nöqsan və pozuntuların yaranması, işlərin keyfiyyətinin pisləşməsi, zay məhsul və aşağı növdə məhsulların buraxılmasının səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, həmçinin bütün istehsal mərhələlərinin müəyyən olunan tələblərə uyğun məhsulların istehsalına görə məsuliyyətinin artırılması üçün lazımi tədbirlərin görülməsi, keyfiyyətsiz məhsulların qəbulu və yüklənib göndərilməsinin dayandırılması üzrə (ehtiyac yarandığı təqdirdə) işə rəhbərlik edir. 
  • Nəzarət əməliyyatlarının nəticələrinin tərtib olunması, məhsullarının keyfiyyət göstəriciləri, zay məhsul və onun səbəblərinin uçotunun aparılması, buraxılan məhsulların, icra olunan işlərin (göstərilən xidmətlərin) keyfiyyəti barədə dövri hesabatlılığın tərtib olunması üzrə işi təşkil edir. 
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlanması.

Əmək haqqı: 2500 - 3500 manat (təcrübəyə əsasən təyin olunacaq)

İş qrafiki: 6 günlük

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)