Sosial iqtisadiyyat

“V.I.P. Leasing”in nizamnamə kapitalı kəskin artırılıb - RƏHBƏRİ DƏYİŞDİRİLİB

2007-ci ildən fəaliyyət göstərən “V.I.P. Leasing” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 10 manatdan 50 000 manata çatdırılıb.

Məlumata görə, lizinq şirkətinə yeni direktor da təyin edilib. Bu, Həsən Həsənovdur. O, bu vəzifədə Cavid Zeynalovu əvəz edib. C.Zeynalov həm də “Bank BTB” ASC-yə yaxın olan “BTB Leasing” ASC-nin İdarə Heyətinin sədridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)