Sosial iqtisadiyyat

"Süni qiymət artımı müşahidə olunur, kartel sövdələşmələri də istisna deyil"

“Baxmayaraq ki, inflyasiya aşağı səviyyələrdədir, bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Bu məsələ ilə müvafiq qurumlar ciddi məşğul olmalıdırlar”.

ENA.az xəbər verir ki, bunu İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. İstehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, süni qiymət artımına yol verə bilmərik, çox ciddi nəzarət mexanizmi olmalıdır”,- Azərbaycan prezidenti əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department