Avtomobil

“Mercedes” hələ də “Vaz”-a çata bilmir: 17 ilin fərqi rəqəmlərdə

Neft ölkəsi kimi, qonşularımızın zəngin insanların yaşadığı bir yer hesab etdiyi Azərbaycanda hələ də  “Vaz” sürənlərin sayı digər marakalardan çoxdur. ENA.az statistikanı araşdıraraq, Azərbaycanın avtomobil parkında hansı markaların neçə faiz paya malik olduğu haqqında “TOP 10”nu təqdim edir.

Rəqəmlər göstərir ki, 2000-ci ildə Azərbaycanda avtomobillərin sayı 332 026 ədəd təşkil edib. Markalar üzrə avtomobil sektorunun analizinə görə, avtomobil parkının 60.6% “Vaz”ın payına düşüb. Ümumiyyətlə, MDB istehsalı olan digər avtomobilləri də nəzərə alsaq, bu rəqəm 82.8%-ə yaxınlaşırdı.

Eləcə də bax: Təkərlərdə gedən milyonlar: Rəqəmlər nəyi göstərir?

Ölkəmizdə cəmi 17.2% -lə digər markalar təmsil olunurdu.  2018-ci ilin əvvəlinə isə mənzərə tamam dəyişir. 1 147 437 ədədə çatan avtomobil parkının 456 017 ədədini yəni 39.7 %-ni  MDB istehsalı olan avtomobillər, 60.3% -ni isə digər markalar təmsil edir. Yəni, xarici markaların sayı sürətlə artır və bu xüsusən də 2000-2014-cü illərdə sıçrayışla müşahidə edilir.

Ən populyar iki markanın boyümə statistikasını nəzərə alsaq “Mercedes” markasının sayı  41 dəfə artaraq 195 368 ədədə çatıb Buna baxmayaraq, hələ də 1.3 dəfə, yəni 201 304-dən 382 011 ədədə çatan “Vaz“  markasını üstələyə bilmir.

Ümumiyyətlə, daha aydın mənzərə yaranması üçün Azərbaycan avtomobil parkında hansı markaların neçə faiz paya malik olduğu “TOP 10” luğu sizə təqdim edirik.

Minik avtomobillərinin markalarına görə bölgüsü

Marka

2000 ci ilə olan sayı

2018 ilin əvvəlinə sayı

Artım (dəfə)

Azərbaycan Avtomobil parkında payı (%) (2018 ci ilin əvvəlinə)

Vaz-2101, 03-06

162354

200216

1.23

17.45

Mercedes

4653

195368

41.99

17.03

Vaz-2105, 2107 və modif.

19639

126812

6.46

11.05

Hyundai

1795

63511

6.40

5.54

Digər minik avtomaşınları (MDB)

10645

55457

5.21

4.83

Toyota

909

48442

53.29

4.22

Opel

707

43003

60.82

3.75

Vaz-2121 və modif.

10443

34420

3.30

3.00

Nissan

1252

32824

26.22

2.86

KIA

625

32004

51.21

2.79

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

Nizami Quliyev