Texniki baxışa getməyən 100 minə yaxın sürücüyə - CƏRİMƏ YAZILDI
“2019-cu il yanvarın 1-dən iyunun 30-na kimi avtomobilini texniki baxışdan keçirmədiyinə görə 96666 sürücüyə elektron protokol tərtib olunub”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev məlumat verib.
Rüfət Quliyev bildirib ki, hazırda texniki baxışdan keçmək üçün dövlət rüsumu 20 manatdır.
“İnzibati Xətalar Məcəlləsinə əsasən nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarəetməyə görə sürücülər 50 manat miqdarında cərimə olunur. Hər-hansı sürücü inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün müddətində avtomobili texniki baxışdan keçirməzsə yenidən inzibati məsuliyyətə cəlb olunacaq. Sürücülər avtomobillərinin texniki baxışdan keçmə vaxtını elekton kabinetlərindən əldə edə bilərlər ”.