Hadisə

Bu rayonda su olmayacaq

Bakının Nəsimi rayonu ərazisində içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə "ENA"ya “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar gün ərzində 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)