MALİYYƏ

İcraatda olan işlərin 60%-dən çoxu kredit borcları ilə bağlıdır - NAZİRLİK

"2018-ci ildə icra məmurlarının icraatında 872 833 iş olubsa, bunun 536 732-i kredit borclarını əhatə edib".

"ENA" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin qrup rəhbəri Tural Məmmədov Fintex maliyyə və texnologiyalar sammiti çərçivəsində keçirilən paneldə deyib.

T. Məmmədov qeyd edib ki, icra xidmətinin icraatında olan işlərin 60 faizdən çoxunu məhz kredit borcları əhatə edir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)