Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarıldı

Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarıldı
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən azad edilib.

Bu barədə Oxu.Az YAP-dan məlumat əldə edib.

Məlumata görə, V.Səfərli barəsində məhkəmə qərarı olduğundan o, avtomatik olaraq YAP-ın Nərimanov rayon təşkilatının sədrinin müavini vəzifəsindən uzaqlaşdırılıb.

V.Səfərlinin YAP-dakı vəzifəsindən kənarlaşdırılması barədə ilk xəbəri “Unikal” yayıb.

Qeyd edək ki, bu ilin yanvarın 14-də məhkəmənin qərarı ilə V.Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

V.Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə