Əsas məzmuna keç
Bakı +13°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Vilyam Hacıyev hakim qarşısına çıxarıldı

Vilyam Hacıyev hakim qarşısına çıxarıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

ENA.az-ın məlumatına görə, bu gün Səbail rayon Məhkəməsində Vilyam Hacıyevin barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılır.

Xatırladaq ki, V.Hacıyev Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla Vilyam Hacıyev saxlanılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə